Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi ixtisaslı kadrların hazırlanmasına dəstək verir

Əqli Mülkiyyət Agentliyi ixtisaslı kadrların hazırlanmasına dəstək verir

Bu gün Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Bakı Dövlət Universiteti arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, həmçinin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nəzdində Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının Filialının yaradılması haqqında Müqavilə”nin imzalanması münasibətilə tədbir keçirilib.

BDU-nun rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, bu sahədə praktiki bilik və bacarıqlara malik ixtisaslı kadrların hazırlanması məqsədilə “Əqli mülkiyyət hüququ” ixtisaslaşmasının yaradılması təşəbbüsünün hələ 2019-cu ildə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən irəli sürüldüyünü və bu ixtisaslaşmanın Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na daxil edildiyini bildirib. O, 2019-cu il 16 dekabr tarixində bilavasitə Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq BDU-da yaradılan “Əqli mülkiyyət hüququ” kafedrasında hazırda 5 professor-müəllimin çalışdığını vurğulayıb və bu tədris ilində “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk buraxılışın olduğunu diqqətə çatdırıb.

Tədbirdə geniş məruzə ilə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “əqli mülkiyyət” termininin Azərbaycanda yer almasının müəllifinin Ulu Öndər olduğunu xüsusi vurğulayıb və məhz Ümummilli lider tərəfindən Əqli Mülkiyyət Agentliyinin sələfi olan Müəllif Hüquqları Agentliyinin yaradıldığını bildirib. Agentliyin rəhbəri Prezident İlham Əliyevin ölkəmizdə əqli mülkiyyətin inkişafının səbəbkarı olduğunu qeyd edərək dövlət başçısı tərəfindən Müəllif Hüquqları Agentliyinin xələfi olan Əqli Mülkiyyət Agentliyini yaradıldığını qeyd edib. O, Əqli Mülkiyyət Agentliyinin zamanın çağırışlarına uyğun olan formatda yaranmasında və strukturunun formalaşmasında müasir çağırışlara uyğun olan model əsasında tələblərə riayət edildiyini söyləyib.

K.İmanov 2021-2022-ci tədris ilində BDU-da “əqli mülkiyyət hüquqları” ixtisaslaşması üzrə 9 nəfər məzunun olduğunu və hazırda bu ixtisaslaşma üzrə 18 nəfərin təhsil aldığını qeyd edərək məzunların Əqli Mülkiyyət Agentliyində işlə təmin ediləcəyini bildirib.

Sonra “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Bakı Dövlət Universiteti arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nəzdində Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının Filialının yaradılması haqqında Müqavilə”nin imzalanması mərasimi keçirilib.

Anlaşma Memorandumu və Müqaviləni Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.

Daha sonra “Əqli mülkiyyət hüququ” ixtisaslaşması üzrə ilk məzun olan gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

K.İmanovun məruzəsi ilə buradan tanış ola bilərsiz.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×