Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi tərəfindən keçirilən növbəti təlim başa çatıb

Əqli Mülkiyyət Agentliyi tərəfindən keçirilən növbəti təlim başa çatıb

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin 25 fevral – 18 mart tarixlərində Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetinin əməkdaşları üçün “Patent hüququ obyektlərinə dair milli və beynəlxalq iddia sənədlərinin tərtib edilməsi və verilməsi” mövzusunda təlim təşkil olunub.

Martın 18-də təlimin başa çatması ilə əlaqədar Agentlikdə görüş keçirilib.

Tədbirin açılışında çıxış edən Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Əqli Mülkiyyət Agentliyinin yaradıldığını, əqli mülkiyyətin müxtəlif sahələrinin vahid dövlət qurumunda birləşdirildiyini qeyd edib, Agentliyin fəaliyyəti haqqında məlumat verib. O, Agentliyin əsas vəzifələrindən biri kimi ixtiraçılıq fəaliyyətinin artırılması, əmtəə nişanları, müəlliflik hüququ sahəsinin təkmilləşdirilməsi olduğunu, Agentlik rəhbərliyinin bu işə ciddi diqqət verdiyini bildirib.

S.Tapdıqov bununla bağlı Agentlik tərəfindən müxtəlif maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, bu təlim zamanı Agentliyin peşəkar mütəxəssisləri tərəfindən qısa müddətdə kifayət qədər zəngin və geniş sahə barədə müvafiq məlumatların, nəzəri biliklərin çatdırıldığını deyib. Vurğulanıb ki, bu təlim iddia sənədlərinin hazırlanması sahəsində biliklərin artırılmasına müsbət təsir edəcəkdir.

Qeyd edək ki, keçirilmiş təlim zamanı Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşları Sevinc Zeynalova, Afət Qasımova, Könül Əmircanova və Natəvan Talışova iddia sənədinin tərtib olunması, mahiyyət üzrə ekspertizanın aparılması, kimya və tibb sahəsinə aid iddia sənədinin tərkibi, ixtira təsvirinin və ixtira düsturunun tərtib olunmasının xüsusiyyətləri, həmçinin milli və beynəlxalq iddia sənədlərinin verilməsi proseduru barədə geniş məlumat veriblər.

Təlimdə iştirak etmiş Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universitetinin əməkdaşları çıxış edərək bu sahədə biliklərin artırılması üçün həyata keçirilmiş işlərə görə Agentliyin rəhbərliyinə təşəkkürlərini bildirib, Agentliyin mütəxəssislərinin operativ və hərtəfərli fəaliyyətini yüksək dəyərləndiriblər.

Sonda S.Tapdıqov tərəfindən təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×