Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Geoloq Günü qeyd olunub

Əqli Mülkiyyət Agentliyində Geoloq Günü qeyd olunub

Aprelin ilk bazar günü Azərbaycanda Geoloq Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) görkəmli geoloq alimlər Baba və Oktay Babazadələrə həsr edilən tədbir keçirilib.

RETK-nın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova ölkənin mineral-xammal bazasının yaradılmasında geoloqların xidmətlərindən danışıb, Baba və Oktay Babazadələrin həyat və elmi fəaliyyətləri haqqında məlumat verib.

RETK-nın İnformasiya resursları üzrə direktor müavini Ləman Xələfova geoloqlarımızı peşə bayramları münasibətilə təbrik edərək, onlara gərgin, yorulmaz və faydalı fəaliyyətlərində daha böyük uğurlar arzu edib. O, Azərbaycanda neft-qaz sənayesi üzrə zəngin elm və təcrübə məktəbinin yaradılmasında neftçilərimiz, qazmaçılarımızla yanaşı, geoloqlarımızın da böyük zəhməti və xidmətlərindən danışıb.

RETK-nın Abonentlərə informasiya xidməti üzrə direktor müavini Lyudmila Çubabriya ilk növbədə Oktay Babazadənin qızı Nigar Babazadəyə babası və atasına məxsus 700-ə yaxın şəxsi ədəbiyyatın RETK-ya hədiyyə edilməsinə görə təşəkkürünü bildirib və bu ədəbiyyatın Kitabxananın fondunun zənginləşməsində böyük rol oynayacağını qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun «Dinamiki geologiya» şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahvələd Köçərli Baba və Oktay Babazadələr haqqında xatirələrini bölüşüb.

RETK-nın direktorunun səlahiyyətlərini icra edən Mübariz Məmmədli tətbiqi mexanika, seysmologiya, geofizika və geologiya üzrə bir sıra monoqrafiya və dərsliklərin müəllifləri, zəngin elmi irsə malik ata və oğul Babazadələrin neft- qaz sənayesinin aktual problemlərinin həllinə dair xeyli sayda qiymətli tətqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər gətirdiklərini bildirib.

Oktay Babazadənin qızı Nigar Babazadə çıxış edərək bu tədbirin təşkilinə görə təşəkkürünü bildirib. O, babası və atası haqqında nəşr olunan kitablar barədə məlumat verib.

Tədbirin sonunda Azərbaycanın görkəmli alimlərinə həsr edilmiş sənədli film nümayiş etdirilib.




Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×