Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində “Təbiətin harayı” mövzusunda maarifləndirici tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində “Təbiətin harayı” mövzusunda  maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü və “Yaşıl dünya naminə həmrəy olaq!” BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə əlaqədar “Təbiətin harayı” adlı tədbir və sərgi keçirilib.

RETK-nın direktoru Mübariz Məmmədli bu il ölkəmizin ev sahibliyi edəcəyi COP 29 - İqlim Dəyişmələri üzrə keçiriləcək Tərəflər Konfransının əhəmiyyətindən danışıb. Qeyd edib ki, XXI əsrin böyük bəlasına çevrilmiş ekoloji problemlərin həlli istiqamətində Tərəflər Konfransının 29-cu sessiyasından faydalı nəticələr gözlənilir.

Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, Milli Hidrometeorologiya Xidməti rəisinin müavini Gülnarə Abbasova ölkəmizdə ekosistemin tənzimlənməsi, işğaldan azad edilmiş ərazilərimizdə ekosistemin bərpası ilə bağlı həyata keçirilən layihələrdən bəhs edən videotəqdimatla çıxış ediblər.

S.Məmmədova tərəfindən RETK-na Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəşr olunmuş “Azərbaycan təbiəti” kitabı hədiyyə olunub.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu belə görüşlərin və müzakirələrin ekoloji maarifləndirmə sahəsində böyük əhəmiyyət kəsb etdiyini, bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini bildirib. O, ekoloji problemlərin təkcə bir ölkə çərçivəsində deyil, bütün dünya miqyasında narahatlıq yaratdığını vurğulayaraq, ekoloji tarazlığın qorunmasında hər kəsin üzərinə məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

Tədbirin sonunda Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının mövzuya dair sualları ətraflı cavablandırılıb.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×