Respublika Elmi-Texniki Kitabxanasının təşkil etdiyi səyyar sərgi maraqla qarşılanmışdır
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası SOCAR-ın Kompleks Qazma İşləri Trestində (KQİT) “Səyyar kitabxana” sərgisi təşkil etmişdir.Sərgidə neft və neft tarixi haqqında, faydalı qazıntıların geologiyası, neft və qaz layihələrinin idarə olunması, neft-qaz yataqlarının işlənməsi və s. mövzularda Azərbaycan, rus və ingilis dillərində ədəbiyyat nümayiş etdirilmişdir.
Sərgi orada iştirak edən qazma işçilərinin böyük marağına səbəb olmuşdur. Onlar sərgilənən kitablarla yaxından tanış olmuş, müxtəlif sorğularla sərgi təşkilatçılarına müraciət etmişlər. Verilən sorğular və suallar kitabxana əməkdaşları tərəfindən cavablandırılmış və hər bir mövzu haqqında ətraflı məlumat verilmişdir.
Neftçilər “Rəy və təkliflər” kitabında “Səyyar kitabxana” layihəsi barədə ürək sözlərini qeyd etmişlər.