Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində “Əmtəə nişanlarına, coğrafi göstəricilərə və geniş tanınmış əmtəə nişanlarına dair hüquqlar” mövzusunda təlimlər keçirilir

Əqli Mülkiyyət Agentliyində “Əmtəə nişanlarına, coğrafi göstəricilərə və geniş tanınmış əmtəə nişanlarına dair hüquqlar” mövzusunda təlimlər keçirilir

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Milli Təlim Mərkəzində “Əmtəə nişanlarına, coğrafi göstəricilərə və geniş tanınmış əmtəə nişanlarına dair hüquqlar” mövzusunda yeni təlim kursuna başlanılıb.

Təlimin açılışında Əqli Mülkiyyət Milli Təlim Mərkəzinin direktoru Zahir Hacıyev çıxış edərək təlim iştirakçılarına öz təvsiyələrini verib və uğurlar arzulayıb.

Təlim kursunda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin əməkdaşları iştirak edirlər.

İki ay davam edəcək təlimlərdə dinləyicilərə “Əmtəə nişanlarının ekspertizasının aparılması və qeydiyyata alınması”, “Coğrafi göstəricilər”, “Geniş tanınmış əmtəə nişanlarına qoyulan tələblər”, “Əmtəə nişanları üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (konvensiyalar və sazişlər)” mövzularında təlimlər keçiriləcək.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×