Çağrı Mərkəzi: 960
Ümumdünya Əqli Mülkiyyət Günü – 2022

Ümumdünya Əqli Mülkiyyət Günü – 2022

Əqli mülkiyyət və gənclik: daha yaxşı gələcək üçün innovasiyalar

Hər il aprelin 26-da əqli mülkiyyət (ƏM) hüquqlarının innovasiya və yaradıcılığın təşviqində oynadığı rolu öyrənmək üçün Ümumdünya Əqli Mülkiyyət Günü qeyd edilir. 2022-ci ildə Ümumdünya Əqli Mülkiyyət Gününün mövzusu “ƏM və gənclik: daha yaxşı gələcək üçün innovasiyalar”dır və gənclərin rəhbərlik etdiyi innovasiya və yaradıcılığa həsr olunur.

Bu münasibətlə cari ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən davamlı gələcəyə keçidi dəstəkləyən yeni və daha yaxşı vasitələr tapmaq üçün gənclərin böyük potensialı xüsusi vurğulanacaq.

Müasir gənclər ixtiraçılıq və yaradıcılığın inanılmaz və əsasən istifadə olunmamış mənbəyidir. Onların yeni perspektivləri, enerjisi, marağı və “bunu bacaracam” münasibəti yeni yanaşmalar formalaşdırır, innovasiya və dəyişikliklərə həvəs oyadır.

Bütün dünyada gənclər daha yaxşı gələcəyə doğru yol açmaq üçün enerji və ixtiraçılıq, maraq və yaradıcılıqlarından istifadə edərək innovasiya çağırışlarına doğru addımlayırlar. Yenilikçi, enerjili və yaradıcı zehinlər davamlı gələcəyə doğru hərəkət etmək üçün lazım olan dəyişiklikləri idarə etməyə kömək edir.

“Ümumdünya Əqli Mülkiyyət Günü – 2022” ilə bağlı daha ətraflı məlumatı ÜƏMT-nın internet səhifəsindən əldə edə bilərsiniz.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×