Çağrı Mərkəzi: 960
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Azərbaycanda “Coğrafi göstəricilər” layihəsinə start verilib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Azərbaycanda “Coğrafi göstəricilər” layihəsinə start verilib

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Coğrafi göstəricilər” layihəsinin təqdimatı keçirilib.

Tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bu layihənin əmiyyətindən danışıb, bu cür tədbirlərin gələcək səmərəli əməkdaşlığa zəmin yaratdığını bildirib.

H.Kleyb layihənin bir neçə mərhələdən ibarət olacağını qeyd edərək layihə müddətində bir çox sahibkarlarla görüş keçiriləcəyini, daha sonra isə əsas diqqətin brend, qablaşdırılma, biznes strategiyasına yönləndiriləcəyini diqqətə çatdırıb.

O, ÜƏMT tərəfindən İndoneziya, Banqladeş, Pakistan və digər ölkələrdə müəyyən layihələrin həyata keçirildiyini və nəticələrin müsbət olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda keçiriləcək layihəyə bir neçə xarici mütəxəssis cəlb ediləcəkdir.

Tədbirdə bir sıra biznes sahibkarları ilə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×