YUNESKO-nun Baş Direktoru xanım Odre Azulenin Ümumdünya Kitab və Müəlliflik Hüququ gününə həsr olunmuş müraciəti
Kitablar daxili dünyamıza boylanmağa imkan verir və eyni zamanda heç bir sərhəd və fərqlərə baxmayaraq, insanlar arasında qarşılıqlı hörmətə və anlayışa yol açır.
Bizim keşməkeşli zəmanədə kitablar, bütün cəmiyyətləri irəli getməyə vadar edən həyatın mənası və özünüifadənin axtarışına səylərimizi əks edərək, insan dahiliyinin müxtəlifliyinin təcəssümü və zəngin insan təcrübəsinin xəzinəsidirlər .
Kitablar bəşəriyyətin ümumi keçmişi, tarixi və mədəni irsi ilə ümumi gələcəyin qurulması naminə vahid ailədə birləşməsinə kömək edir. O ailədə ki, insani istəklərin nəhəng xorundahər birimizin aydın səsi eşidiləcəkdi.
Kitablar təhsilin, elmin, mədəniyyətin və informasiyanın bütün dünyada yayılmasında bizim tərəfdaşlarımızdır.
Kitablar həmçinin bu və ya digər dil əsasında və çərçivəsində mədəni özünüifadəformalarından biridir. Hər bir nəşr ayrı bir dildə yaradılır və müəyyən dilli oxucu auditoriyası üçün nəzərdə tutulur. Kitablar müəyyən dil və mədəniyyət mühitində yazılır, nəşr edilir, yayılır, istifadə olunur və tanınırlar.
2019-cu ildə biz bu vacib aspektə xüsusi diqqət yetiririk. Ona görə ki, bu il YUNESKO-nun himayəsialtında keçiriən və beynəlxalq ictimaiyyətin yerlixalqların mədəniyyət, bilik və hüquqlarının qorunmasına sadiqliyini təsdiq edən Yerli Xalqların Dillərinin Beynəlxalq ili elan edilmişdir.
Bu gün bizə yazılı söz mədəniyyətinin daha səmərəli yayılması və bütün insanların – kişi, qadın və uşaqlar üçün onun əlçatımlılığının təmin edilməsi yolları barədə birgə düşünmək imkanı yaradır.
Məhz bu açıqlıq və dialoq ruhu Şarja (BƏƏ) şəhərinin 2019-cu ilin Ümumdünya Kitab Paytaxtı elan edilməsində müəyyənedici amil olmuşdur. Bu qərar 2019-ci ilin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə qüvvəyə minir. Şarja, əhalinin məzlum hissəsi ilə maarifləndirmə işlərinin aparılmasına yönlənmiş “Oxu – sən Şarjadasan” adlı proqramına, həmçinin sosial inteqrasiya, yaradıcılıq və hörmətin aşılanmasının hərəkətverici qüvvəsinə çevrilə biləcək miqrantlarla iş üzrə yaradıcı təkliflərinə hörmət əlaməti olaraq seçilmişdir.
Kitabları yaradıcılığın, ideya və biliklərlə bölüşmək, qarşılıqlı anlayışa, dialoqa və dözümlülüyə köməklik etmək istəklərinın təcəssümü kimi populyarlaşdırmaq məqsədi ilə Şarjaya, bizim tərəfdaşlara - Beynəlxalq Naşirlər Assosiasiyasına, Beynəlxalq Kitab Ticarəti Federasiyasına, Kitabxana Assosiasiyalarının və Müəssisələrinin Beynəlxalq Federasiyasına,bütün beynəlxalq ictimaiyyətə qoşulun!
YUNESKO-nun Ümumdünya Kitab və Müəlliflik Hüququ günü müraciəti bundan ibarətdir.