Çağrı Mərkəzi: 960
Qlobal İnnovasiyalar İndeksinin alt-komponentlərinə cavabdeh işçi qruplarının birgə iclası keçirilmişdir

Qlobal İnnovasiyalar İndeksinin alt-komponentlərinə cavabdeh işçi qruplarının birgə iclası keçirilmişdir

21 oktyabr 2022-ci il tarixində saat 15:00-da Qlobal İnnovasiyalar İndeksinin alt-komponentlərinə cavabdeh işçi qruplarının birgə genişləndirilmiş iclası keçirilmişdir. İclasın təşkilində əsas məqsəd “Qlobal İnnovasiyalar İndeksi” üzrə mövcud vəziyyətin araşdırılması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, bu sahədə səmərəli koordinasiyanın təşkilidir.

‘’Zoom’’ platforması üzərindən həyata keçirilən iclasda Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin, Əqli Mülkiyyət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsul şəxsləri iştirak etmişdirlər.

İclasda Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə buraxılışı geniş müzakirə olunmuş, ölkəmizin mövqeyi barədə iclas iştirakçılarına məlumat verilmişdir. Bildirilmişdir ki, 2007-ci ildən fəaliyyətə başlayan Qlobal İnnovasiyalar İndeksinin əsas hədəfi ölkələrin innovativ inkişaf səviyyəsini qiymətləndirmək, hökumətlər, vətəndaş cəmiyyəti (özəl sektor da daxil olmaqla) və beynəlxalq təşkilatlar üçün bilik mübadiləsi və siyasət dialoqu üçün qapı açaraq innovativ təşəbbüsləri təşviq etməkdir.

İclas zamanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov çıxış edərək Qlobal innovasiyalar İndeksinin yenilənmiş metodologiyası və qiymətləndirmənin konseptual aspektləri barədə məlumat verdi. K.İmanov ilk addımda ölkə üzrə innovasiyaya qoyulan sərmayə ilə əldə olunun innovasiya nəticələri arasındakı qarşılıqlı əlaqəyə diqqət yetirərək, innovasiyaya sərmayə qoyuluşunun arzu olunan innovasiya nəticələrinə səmərəli şəkildə çevrilməməsinin səbəblərinin daha dərindən araşdırılmasının vacibliyini vurğuladı. Daha sonra ölkəmizin göstəricilərininin yaxşılaşdırılması üzrə potensial imkanlar və birgə əməkdaşlıq sahələri barədə təkliflər səsləndirildi.

Göstəricilərin yaxşılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin hazırladığı Matrisa layihəsi ətraflı müzakirə edildikdən sonra hər bir indikatorun yaxşılaşdırılması üzrə məsul qurumlar və beynəlxalq qurumlara məlumat göndərməklə məsul qurumlar barədə təkliflər geniş müzakirələr nəticəsində razılaşdırılmışdır.

Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə, xüsusilə Qlobal İnnovasiyalar İndeksində mövqeyinin yüksəldilməsi istiqamətində fəaliyyətin davam etməsinə, müvafiq Matrisa layihəsi üzrə işlərin təşkil olunması razılaşdırılmışdır.

Növbəti addım olaraq sözügedən Matrisada əks olunan bölgü əsasında növbəti il üzrə görülməli strateji və taktiki addımların hazırlanması, bu sahədə çevik kommunikasiyanın qurulması, habelə Ümumdünya Əqli Mülkiyyət Agentliyi (WIPO) ilə qarşılıqlı müzakirələrin aparılması qərara alınmışdır.


Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×